22 
Iyl
2022
14:45
525

Baş nazir Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşüküri Paşazadə ilə görüşüb.  

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumətin mətbuat xidməti yayıb.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri İrakli Ğaribaşviliyə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Hökumət başçısının görüşdə qeyd etdiyinə görə, Azərbaycan təkcə Gürcüstanın qonşusu deyil, qardaş xalq, dost dövlətdir və Gürcüstan iki ölkə arasında mövcud olan qardaşlıq və dostluğu yüksək qiymətləndirir.

Görüşdə Allahşükür Paşazadə Gürcüstanın baş nazirinin iki ölkənin qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfəni vurğulayıb.

Görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına dəstək istiqamətində həyata keçirdiyi müxtəlif tədbirlərə diqqət yetirilib.

İclasda bildirilib ki, indiyədək dövlət tərəfindən 228 məscid, o cümlədən 1300 kvadratmetr ərazi müsəlmanların ixtiyarına verilib. Bu gün Gürcüstanda 300 məscid fəaliyyət göstərir.

Hökumət aparatında keçirilən görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Qafqaz Müsəlmanları İcması sədrinin birinci müavini Salman Musayev və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev iştirak ediblər.

Görüşdə Gürcüstan tərəfindən Zuqdidi və Çaişi Yeparxiyasının mitropoliti, Gürcüstan Patriarxlığının Xarici Əlaqələr Departamentinin rəhbəri Möhtərəm Qerasime, Protopresbyter Qiorqi Zviadadze və Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşağmadze iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın