20 
Iyl
2022
13:16
415

Saakaşvilinin məhkəmə prosesi bu gün də təxirə salındı


Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvilinin məhkəməsi bu gün də təxirə salınıb.

lnterPress.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində bu gün keçirilən iclasda hakim Nino Çaxnaşvili cəzaçəkmə müəssisəsinin və “Viva Med” klinikasının təqdim etdiyi hesabatı oxuyub.

Klinikanın göndərdiyi sənəddə qeyd olunub ki, xəstə Mixail Saakaşvilinin ağır halsızlığı var, o hərəkət etməkdə çətinlik çəkir və əsasən uzanır, bu səbəbdən onun məhkəməyə gəlməsi məqsədəuyğun hesab edilməyib.

Növbəti məhkəmə prosesi avqustun 24-ü saat 13:00-da keçiriləcək.

Xatırladırıq ki, Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı istintaq oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 şəxsə - Elquca Çomaia, Zurab və Şalva Cocoria və Qiorqi Nerimanidzeyə qarşı ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın