Prokurorluq ABŞ Dövlət Departamentinin hesabatı ilə bağlı bəyanat yayır
ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına əsasən, dövlətlərin insan alverinə qarşı həyata keçirdiyi tədbirlərlə Gürcüstan hələ də ən yüksək səviyyədə - birinci yeri qoruyub saxlayır.
lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, ABŞ Dövlət Departamenti vurğulayır ki, Gürcüstan insan alveri ilə mübarizənin tələblərinə tam cavab verir və “Covid-19”un yaratdığı çətinliklərə baxmayaraq, insan alveri ilə mübarizə istiqamətində güclü və davamlı səylərini davam etdirir ki, bu da ölkənin ən yüksək reytinqinə gətirib çıxarır.
“Dövlət Departamentinin qiymətləndirdiyi ölkələr arasında Gürcüstan insan alverinə qarşı mübarizə standartlarına tam cavab verən və insan alverinə qarşı davamlı və əlaqələndirilmiş tədbirlər həyata keçirən dünyanın ilk 30 ölkəsi sırasındadır.
Məlumata əsasən, Gürcüstan Aİ-nin 13 üzv ölkəsini (Bolqarıstan, Xorvatiya, Danimarka, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya) qabaqlayır və bu il Şərq Tərəfdaşlığı ölkələrindən (Gürcüstan, Ukrayna, Moldova, Belarusiya, Ermənistan, Azərbaycan) birinci səbətdə yer tutan yeganə ölkədir.
2022-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və İsveçrə Səfirliyinin dəstəyi ilə Gürcüstan Prokurorluğunda insan alverinə qarşı milli simulyasiya təlimlərinə başlanılıb. Təlim “İnsan alverinə qarşı mübarizə: milli simulyasiya təliminin həyata keçirilməsi vasitəsilə qurumlararası əməkdaşlığın davamlılığı” layihəsi çərçivəsində həyata keçirilir, məqsədi insan alverinə qarşı maarifləndirmə və peşəkar kadrların hazırlanmasıdır.
Gürcüstan sözügedən təlim kursunun tətbiq olunduğu regionda qabaqcıl dövlətdir. Layihənin həyata keçirilməsi ölkədə insan alverinə qarşı mübarizənin prioritetliyini və Gürcüstanın bu istiqamətdə davamlı səylərini bir daha vurğulayır.
Həmçinin insan alverinə qarşı mübarizə tədbirlərini həyata keçirən qurumlararası əlaqələndirmə şurası çərçivəsində və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dəstəyi ilə insan alveri məsələləri ilə məşğul olan prokuror, hakim və müstəntiqlərin birgə işçi iclası keçirilib.
İclasda prokurorlar, hakimlər və müstəntiqlər Gürcüstanda insan alveri, o cümlədən cinsi istismar və əmək istismarı, uşaq dilənçiliyi hallarının qarşısının alınması, cinayət təqibi və məhkəmə icraatının praktiki aspektləri ilə bağlı Gürcüstanda mövcud vəziyyət, nailiyyətlər və çətinlikləri müzakirə ediblər.
İnsan alverinə qarşı mübarizə Gürcüstan Prokurorluğunun prioritet istiqamətlərindən biridir”, -deyə məlumatda qeyd olunub.


