19 
Iyl
2022
16:18
570

Marneuli meri vətəndaşlarla görüşüb

Marneuli Munisipalitetinin meri Kənan Ömərov, vətəndaşları növbəti dəfə qəbul edib. 

Bu barədə InterPress.ge yə  Marneulinin mətbuat xidmətindən məlumat verilib.

 Məlumata görə, mer, yerli əhalinin ehtiyaclarını şəxsən dinləyib və onlara öz səlahiyyətləri çərçivəsində yardım göstərəcəyinə söz verib.

 
„Prioritetləri müəyyən etmək və meriyanın səlahiyyətləri çərçivəsində onlara vaxtında yardım göstərə bilmək üçün hər bir Marneuli sakini ilə fərdi şəkildə ünsiyyət qurmaq mənim üçün önəmlidir. Vətəndaşlarla görüşləri gələcəkdə də fəal şəkildə davam etdirəcəyəm”, - deyə Marneuli meri  bildirib.

Qeyd edək ki, hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Marneuli Munisipalitetinin meri vətəndaşları qəbul edir.

Bizimlə əlaqə saxlayın