19 
Iyl
2022
12:16
1181

Poniçalada baş verən qətl hadisəsi ilə bağlı əlavə təfərrüatlar

Poniçalada anasını yaralayan və yanında olan kişini öldürən şəxsin 22 yaşı var.

lnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə cinayətdə təqsirləndirilən şəxsin nənəsi məlumat verib.

Onun sözlərinə görə, hadisə küçədə baş verib.

“Evdə deyil, küçədə olub. Nəvəmin 22 yaşı var”, - deyə nənə bildirib.

Məlumat üçün bildirək ki, 22 yaşlı şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür, hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108 və 19/109-cu maddələri ilə qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd maddələri ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın