18 
Iyl
2022
20:50
941

Əvvəlcə öldürdü daha sonra isə avtomobilində yandırdı- Çiaturada qan donduran qətl hadisəsi baş verdi

Hüquq-mühafizə orqanlarının əməkdaşları Çiaturada qətl törətməkdə ittiham olunan bir nəfəri yaxalayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

"DİN-in İmereti, Raça-Leçxumi və Kvemo Svaneti polis departamentinin dedektivləri və Zestafoni rayon şöbəsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində 1968-ci il təvəllüdlü V.C. yaxalayıblar. O, qəsdən adam öldürmə və yandırma yolu ilə əmlakı məhv etməkdə ittiham olunur.

Cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, bu il iyulun 15-də Çiatura bələdiyyəsində borc üstündə münaqişə zəminində, təqsirləndirilən şəxs, tanışı 1982- ci il təvəllüdlü B.A.- ya öz avtomobilində odlu silahdan baş nahiyəsindən atəş açaraq xəsarət yetirib. Yaralı hadisə yerində dünyasını dəyişib.

İzi  gizlətmək üçün V.C yol-nəqliyyat planı qurub. O, dünyasını dəyişəni öz oturacağından avtomobilin sərnişinlərə məxsus oturacağına keçirib, təqsirləndirilən şəxs isə sükan arxasına keçərək Zestafoni bələdiyyəsinə yollanıb. Avtomobili dərəyə atıb, daha sonra yandırıb və hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs Çiatura bələdiyyəsində təqsirləndirilən şəxs qismində yaxalanıb.

“Qəsdən adam öldürmə və yandırma yolu ilə əmlakın məhv edilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və 187-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi ilə istintaq aparılır”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın