18 
Iyl
2022
11:54
718

Polis qanunsuz odlu silah və sursat götürdü - 5 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Mərkəzi Kriminal Polis İdarəsinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Senaki rayon şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 5 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, əvvəllər analoji cinayət törətdiyinə görə məhkum olunmuş 1983-cü il təvəllüdlü U.Q., əvvəllər oxşar cinayət törətdiyinə görə məhkum olunmuş 1981-ci il təvəllüdlü İ.K., əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1980-ci il təvəllüdlü L.Ğ., 1982-ci il təvəllüdlü M.Ğ.  və 1994-cü il təvəllüdlü D.M qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlanılıb.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər