Soso Qoqaşvilinin həyat yoldaşı: "Mən öz gözlərimlə gördüm ki, döşəyin altına tapança qoydular"
"Mən öz gözlərimlə gördüm, İncilə and içə bilərəm, patriarxın yanına gedəcəm, döşəyin altına iki tapança qoydular. Mənim həyat yoldaşımın 13 qeydiyyatlı silahı var və sizcə bu iki silah qanunsuz idi?".
InterPress.ge bu barədə Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Soso Qoqaşvilinin həyat yoldaşı Tea Martğoplişvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Soso Qoqaşvili üç ittiham üzrə saxlanılıb.
“Daha dayanmaq fikrində deyiləm. Çoxlu böhtanlarla üz-üzə gəlmişəm.
Gecə saat ikidə dəhşətli səs eşidirəm, 10 yaşlı uşaq fikirləşdi ki, terrorçular gəlib, bizi partlatmalı idilər? Fikirləşdim ki, kinodayam.
Otağa daxil oldular, mən onların arxasınca gedib nə edirsiniz deyirdim?! Mən öz gözlərimlə gördüm, İncilə and içəcəyəm, patriarxın yanına gedib and içəcəyəm ki, döşəyin altına tapança qoydular. Sosonun şkafını necə açdıqlarını öz gözlərimlə gördüm, orada köynəklər və “Kalaşnikov”, “Akaes” var idi... Mənim yoldaşımın 13 lisenziyalı silahı var və sizin fikrinizcə, onlardan ikisi qanunsuzdur?
Mən etiraz etdim, Ğambaşidze mənim əlimdən tutub oğlanları çağırdı ki, “burada nə istəyir, bura niyə gətirdiniz” – Soso Qoqaşvilinin arvadı deyib.
Tea Martğoplişvilinin sözlərinə görə, onun həyat yoldaşı layiqli insandır.
“Bizi məhv etmək istəyən Maçalikaşviliyə 2 maddə ilə ittiham irəli sürüldü və indi çöldə gəzir. Buradan belə nəticəyə gəlirəm ki, Maçalikaşvili bizi ləğv etmək istəməyib, bunu hakimiyyət istəyib: Liluaşvili, Ğaribaşvili, İvanişvili, Qomelauri, çünki həyat yoldaşım ləyaqətli adamdır və heç vaxt asanlıqla manipulyasiyaya məruz qalmaz, heç vaxt çirkin işlərə imza atmaz. Axırda isə əcnəbilərlə əlaqəsi olduğuna görə apardılar. Həqiqətən də ərimdən qorxurlar. Yoldaşım belə dedi ki, nə qədər ki, patriarx sağdır və ona kimsə toxunmayıb, mən onun yerinə ölümə də gedə bilərəm", - deyə o söyləyib.


