16 
Iyl
2022
08:53
313

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Tbilisidə görüşəcəklər

Bu gün, iyulun 16-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Tbilisidə görüşəcəklər.  

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat yayıb.

Hələlik görüşün digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması imkanlarını müzakirə edirlər. Rusiya, eləcə də Avropa Şurasının prezidenti Şarl Mişel tərəflər arasında vasitəçi rolunu oynamağa çalışır.  Bir neçə gün əvvəl Azərbaycan prezidenti ABŞ prezidentinin də vasitəçi olmasını təklif edib. İkinci Qarabağ müharibəsindən sonra Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu rolun birləşdirilməsindən danışsa da, Tbilisidə tərəflər arasında danışıqlar indiyədək gündəmdə olmayıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər