Gürcüstan Prezidenti: "Hazırda Amerika səfirinin ünvanına səsləndirilən bəyanatlara görə çox təəssüflənirəm"
Hazırda Amerika səfirinin ünvanına səslənən bəyanatlara görə çox təəssüflənirəm. Düşünmürəm ki, bu, düzgün formadır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili prezident administrasiyasında keçirilən brifinqdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla bağlı səsləndirilən fikirlərə cavab verərkən deyib.
Prezidentin sözlərinə görə, əgər bu barədə hər hansı sübut varsa, səfirlə söhbət üz-üzə aparılmalıdır.
“Hazırda Amerika səfirinin ünvanına səslənən bəyanatlara görə çox təəssüfləndiyimi söyləməmək mümkün deyil. Məncə bu düzgün forma deyil. Hər hansı bir sübut varsa, ümumi diplomatik qaydalar tələb edir ki, bu barədə səfirlə təkbətək söhbət aparılsın, televiziya və media vasitəsilə bəyanatlar deyil. Dostlarımız bizim dostlarımızdır və başqa dostumuz yoxdur”, - Salome Zurabişvili bildirib.


