15 
Iyl
2022
17:57
358

Paata Mancgaladze: "Əgər prezidentin çağırdığı sessiya sabotaj edilərsə bu Avropaya inteqrasiya prosesinin təxribatı olacaq"

Əgər prezidentin çağırdığı sessiya, artıq bir dəfə gördüyümüz kimi sabotaj edilərsə, bu, parlamentin iclasının  təxribatı deyil, Avropaya inteqrasiya prosesinin təxribatı olacaq, 

InterPress.ge xəbər verir ki, bu barədə Ağmaşenebeli Strategiyasının deputatı Paata Mancqaladze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əksəriyyət öz gündəliyinə daxil olan məsələlərin qarşısını almağa çalışacaq.

"Prezidentin növbədənkənar sessiya çağırması çox yaxşıdır. Sessiyanın xüsusi gündəliyi var ki komitənin işini, iclasları əhatə edir və gündəlikdəki məsələlər bitdikdən sonra başa çatır.  Tərəflər arasında əməkdaşlıq platforması parlamentdir. İndi ən vacibi odur ki, Gürcü arzusu siyasi iradəyə malik olsun, liderlər isə cəsarətlə sessiyaya gəlsin və onu sabotaj etməsin. Əgər prezidentin çağırdığı sessiya, artıq bir dəfə gördüyümüz kimi sabotaj edilərsə, bu, parlamentin iclasının yox Avropaya inteqrasiya prosesinin təxribatı olacaq. Bu, onların 12 bəndlik tövsiyələri yerinə yetirmədiklərinin sübutu olacaq", - Mancqaladze bildirib.

Məlumat üçün bildirək ki, Salome Zurabişvili növbədənkənar sessiyanın çağırılması haqqında fərman verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər