15 
Iyl
2022
16:30
3415

Kvemo Kartlidə müəllim şagirdlərini cinsi istismara məruz qoyub

Kvemo Kartlidə yaşı 50-dən az olan müəllim bir neçə ay ərzində şagirdlərini cinsi istismara məruz qoyub. Cinayətin 6 epizodu müəyyən edilib və qurbanlar 11 və 12 yaşlı qızlardır.

lnterPress.ge xəbər verir ki, bu barədə “Kuryer”  əldə etdiyi iş materiallarına əsasən məlumat yayıb.

İş materiallarında 6-cı sinif şagirdlərinin kifayət qədər ciddi ifadələri var ki, onları “Kuryer” yetkinlik yaşına çatmayanların maraqlarına görə dərc etmir.

Təqsirləndirilən müəllim cinayəti etiraf etmir. Vəkil iddia edir ki, faktların bir qismini tələbələr uydurub, bəzilərini isə istintaq şişirdib.

İstintaqın məlumatına görə, ağır cinayət tezliklə məktəb direktoruna məlum olub və o, hekayənin təhsil müəssisəsinin divarlarından o yana keçməməsi barədə qərar verib. Odur ki, polisə xəbər verməmək ittihamı ilə prokurorluq direktoru da ittiham edib, lakin birinci instansiyanın hakimi Madonna Maisuradze işdə direktorun məsuliyyətini görməyib və ona qarşı cinayət təqibinə xitam verilməsi barədə qərardad çıxarıb. Apellyasiya Məhkəməsi qərarı əsassız hesab edib və  məktəb direktoru barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Məktəb rəhbərliyi bu ağır cinayəti fəal şəkildə gizlətməyə çalışır. “Kuryer”in çəkiliş qrupunun görünməsi əməkdaşları o qədər qıcıqlandırıb ki, onlar hadisə yerinə patrul polisini çağırıblar.

Qeyd edək ki, azyaşlılara qarşı pozğun davranışda ittiham olunan məktəb müəllimi hazırda istintaq təcridxanasındadır. Sentyabrda məhkəmədə işə mahiyyəti üzrə baxılacaq.

Bizimlə əlaqə saxlayın