Bolnisi Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Göygöl rayonu arasında dostluq və əməkdaşlıq memorandumu imzalandı
İyulun 13-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində mövcud əlaqələrin daha da dərinləşdirilməsi, Bolnisi bələdiyyəsi ilə Göygöl rayonunu əhalisinin bir-birinə daha da yaxınlaşması və ictimai həyatın müxtəlif sahələrində əməkdaşlığın təşviqi məqsədilə dostluq və əməkdaşlıq memorandumu imzalanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi meriyası məlumat yayıb.
Məlumata görə, sənədi Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili və Göygöl rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Turan Əliyev imzalayıb. Tərəflər öz səlahiyyətləri çərçivəsində gənclərlə iş və idman sahələrində məlumat və təcrübə mübadiləsi etməklə, yerli bələdiyyə/rayon, mədəniyyət, turizm, tarixi-mədəni irsin mühafizəsi, şəhərsalma, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma, nəqliyyat, informasiya texnologiyaları, enerji səmərəliliyi, tullantıların aradan qaldırılması sahələrində əməkdaşlıq edəcəkləri barədə razılığa gəliblər.
Bu gün Gürcüstan nümayəndə heyətinin üzvləri xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov və Milli Məclisdə Gürcüstanla dostluq qrupunun rəhbəri Arzu Nağıyevlə görüşlər keçirəcəklər.
"Şadam ki, biz Azərbaycan Respublikasının Göygöl rayonu ilə vətəndaşlarımızın bir-birinə daha da yaxınlaşmasına, cəmiyyətin müxtəlif sahələrində əməkdaşlıq etməyə kömək edəcək dostluq və əməkdaşlıq memorandumu imzalamışıq. Bildiyiniz kimi, Bolnisi bələdiyyəsinin əhalisinin əksəriyyəti etnik Azərbaycan vətəndaşlarıdır, biz uzun illərdir ki, bir məkanda harmonik yaşayırıq və düşünürəm ki, yeni əlaqələr bizim dostluğumuzu daha da möhkəmləndirəcək”, - deyə Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.


