13 
Iyl
2022
12:34
684

Marneulidə su təchizatı işlərində çalışan doqquz işçinin əmək haqqı ödənildi

28 iyun 2022-ci il tarixində, Marneulidə su təchizatı və kanalizasiya sisteminin qurulmasında işləyən işçilərin məhkəmə çəkişməsi uğurla sonlanıb. Məhkəmə və Əmək Müfəttişliyi qarşısında 9 (doqquz) işçinin maraqlarınnı Sosial Ədalət Mərkəzi qoruyub. 

Bu barədə lnterPress.ge yə Sosial Ədalət Mərkəzidən məlumat verilib.

"25 noyabr 2021-ci il tarixində vəsatətimiz əsasında Bolnisi Rayon Məhkəməsi işçilərin ədalətli tələblərini təmin etmək məqsədiylə şirkətin daşınmaz əmlak və nəqliyyat vasitələrindən istifadə haqlarını tamamilə məhdudlaşdırma qərarı aldı. İşçilərin hüquqlarını qorumaq üçün Sosial Ədalət Mərkəzi Gürcüstanın Əmək Müfəttişliyinə də müraciət edib. Şirkətin təftişi zamanı, əlavə olaraq, əmək müqavilələrinin forma və məzmununun, iş saatında əlavə vaxtın kompensasiyasının, iş vaxtının  və ödəmələrin mühasibatının Əmək Məcəlləsinə uyğun olmadığı aşkar olundu. Müfəttişliyin qərarıyla şirkətə cərimə cəzası təyin olundu və həmçinin, sözügedən qanun pozuntularını aradan qaldırılması üçün uyğun göstərişlər verildi. 
Sonda tərəflər arasındakı uzunmüddətli danışıqlar, Əmək Müfəttişliyinin sanksiyaları, məhkəmə tərəfindən təmin edilən mexanizmlərin dərhal həyata keçirilməsi öz nəticəsini verdi və Akelik Açıq Səhmdar Cəmiyyətinin filialı işçilərin əmək haqqlarının ödənişini həyata keçirdi.   
Ölkədə sosial rifahın və insanların və ailələrin ləyaqətli yaşamı baxımından, insanın əmək hüquqlarının qorunması olduqca böyük önəm kəsb edir. Özündə  yaşayış vasitələrini əməklə əldə etmək, ədalətli, bərabər iş şəraitinin təminini, ədalətli əmək haqqı almaq imkanını birləşdirən əmək hüququ, ləyaqətli yaşamanın ilkin şərtlərindən biridir. 
Marneulili işçilərin məhkəmə çəkişməsi onu göstəriri ki, əmək azadlığının qorunması işində məhkəmənin və uyğun dövlət qurumlarının iştirakı və effektiv şəkildə reaksiya verməsi olduqca vacibdir. Təəssüflər olsun ki, bizim reallığımızda, etnik azlıq nümayəndəsi olan işçilər ikiqat əzilmiş vəziyyətdə olurlar və ədalətsiz dil siyasəti, həmkarlar birliyini ənənəsinin olmaması, ədalət mühakiməsinin əlçatanlığının zəif olması səbəbiylə, öz maraqlarını qorumaq üçün hüquqi mexanizmlərindən tam şəkildə istifadə edə bilmirlər. Sosial Ədalət Mərkəzi bütün işçilərin ədalətli tələblərini dəstəkləyir və ölkədə əmək hüquqlarının müdafiəsini dəstəkləməy davam edir. Biz, sosial ədalət uğrunda mübarizə prosesində fərqli qrupları əhatə etmənin və onlar arasında həmrəylik yaratmağın çox önəmli olduğunu düşünürük", - deyə məlumatda qeyd olunub.

Qey etmək lazımdır ki, “Akelik Group” Açıq Səhmdar Cəmiyyəti və “Akelik Group” Açıq Səhmdar Cəmiyyətinin filialı uzun müddət ərzində yüzlərlə işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Ağır sosial güzəran və külli miqdarda borc altında olan işçilər, əməklərinin qarşılığında haqqları olan ödəməni almaq üçün aylarla gözləmək məcburiyyətində qalıblar. 

 

Bizimlə əlaqə saxlayın