13 
Iyl
2022
10:52
367

Gürcüstan və Almaniyanın ədliyyə nazirləri əməkdaşlığın yeni formatı barədə razılığa gəliblər

Gürcüstan və Almaniya Federativ Respublikasının ədliyyə nazirləri əməkdaşlığın yeni formatı barədə razılığa gəliblər.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Praqada ədliyyə və daxili işlər nazirlərinin konfransı çərçivəsində təşkil olunan görüşdə iki ölkənin ədliyyə nazirləri qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsindən danışıblar.

Məlumata görə, Gürcüstan və Almaniya Federativ Respublikası arasında mülki və cinayət hüququ sahəsində müasir penitensiar və probasiya sisteminin idarə edilməsi və təşkili istiqamətində əməkdaşlıq daha intensiv xarakter alacaq; Penitensiar və probasiya sistemlərində reabilitasiya və yenidən sosiallaşma proqramları həyata keçiriləcək; Gürcüstan tərəfi yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində Almaniya təcrübəsini bölüşəcək;  Almaniya ekspertləri Gürcüstan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması prosesinə cəlb olunacaqlar.

Almaniyanın ədliyyə naziri gürcüstanlı həmkarı Rati Breqadzeni Berlinə rəsmi səfərə dəvət edib.

Ədliyyə naziri Rati Breqadze Avropa İttifaqına üzv ölkələrin nazirlərinin toplantısında iştirak etmək üçün Çexiyanın paytaxtı Praqadadır.  Konfransda Gürcüstan, Moldova və Ukraynanın ədliyyə nazirləri də iştirak edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər