Saakaşvilinin məhkəmə prosesi təxirə salındı
Qrup şəklində külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən Sabiq prezident Mixail Saakaşvili və xüsusi dövlət mühafizə xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın məhkəməsi avqustun 1-dək təxirə salınıb.
lnterPress.ge xəbər verir ki, bu gün keçirilən prosesdə hakimi Badri Koçlamazaşvili cəzaçəkmə müəssisəsindən və “Vivamed” klinikasından göndərilən məktubları oxuyub.
Cəzaçəkmə müəssisəsindən təqdim olunan məktuba görə, təqsirləndirilən Mixail Saakaşvili səhhətinə görə prosesdə iştirakdan və iclası onsuz davam etdirməkdən imtina edib.
“Vivamed” klinikasından göndərilən məktubda Saakaşvilinin ağır halsızlıqdan əziyyət çəkdiyi və onun prosesdə iştirakının uyğun olmadığı qeyd edilib.
Bundan sonra hakim iclasın təxirə salınmasına qərar verib.
Məlumat üçün bildirək ki, adı çəkilən işdə Mixail Saakaşvili ilə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşi də təqsirləndirilir. Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon larini mənimsəməkdə ittiham edir.


