10 
Iyl
2022
12:03
922

Tbilisidə avtomobil oğurlayan Ukrayna vətəndaşı saxlanıldı

Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü V.P.-ni Tbilisidə avtomobili oğurlamaq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü M.M.-yə məxsus avtomobili qanunsuz olaraq ələ keçirib və hadisə yerindən qaçaraq gizlənib.

Patrul polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib, cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək dərhal saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “D” bəndi ilə aparılır.

Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər