09 
Iyl
2022
21:23
607

Ğvareli- Laqodexi yolunda təcili tibbi yardım maşını ilə mikroavtobus toqquşub

Ğvareli-Laqodexini birləşdirən yolda təcili yardım maşını qəzaya uğrayıb.
 Bir neçə dəqiqə öncə avtomobil qəzası baş verib. 

InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, əks istiqamətdə hərəkət edən mikroavtobus və təcili yardım maşını toqquşub, nəticədə hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb, həkimin və tibb bacısının səhhətləri nisbətən ağırdır, onlar Telavi reproduktiv xəstəxanasına yerləşdirilib və onlara müvafiq yardımlar göstərilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.

Bizimlə əlaqə saxlayın