Gömrük keçid məntəqələrində qanun pozuntusu aşkarlandı
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük keçid məntəqələrində 5 qanun pozuntusunun qarşısı alınıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətindən məlumat verilib.
Məlumata görə, “Qırmızı Körpü” və “Sarp” Gömrük İdarəsinin əməkdaşları tərəfindən Gürcüstan vətəndaşları M.G. və İ.G.-yə məxsus baqajlara gömrük baxışı nəticəsində bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi - 133,81 qram) və külçə qızıl (20 qram) aşkar edilib.
MƏlumata əsasən, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 18 424,99 lari təşkil edib.
“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanunu pozan vətəndaşlara qarşı sanksiya kimi 18 424,99 lari məbləğində cərimə tətbiq edilib.
Gömrük işçiləri, Kutaisi Hava Limanının gömrük-keçid məntəqəsində daha 3 qızıl və gümüş məmulatların qanunsuz idxalı faktının qarşısını alıblar.
Ümumilikdə Gürcüstan vətəndaşları qaçaqmalçılıq yolu ilə 238,95 qram qızıl-zinət əşyaları, 239,33 qram qızıl sikkələr və 14 qram gümüş məmulatlarını ölkə sərhədindən keçiriblər.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq, qanunu pozan vətəndaş N.Q.-yə sanksiya olaraq 3240 lari məbləğində cərimə tətbiq edilib, N.B. və M.F.-yə qarşı isə, iş materialları Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.


