Saakaşvili ilə bağlı son vəziyyət açıqlandı
“Empatiya” mərkəzinin mütəxəssisləri Gürcüstanın üçüncü prezidentini ziyarət etmək üçün “Vivamed” klinikasına gediblər. Tibbi rəyin dərcinə bir neçə gün qalmış həkimlər Mixail Saakaşvilinin vəziyyəti ilə bir daha tanış olacaq və onu müalicə edən həkimlərdən son məlumatları alacaqlar.
lnterPress.ge xəbər verir ki, bundan sonra ekspertlər yekun məlumatları müqayisə edəcək və tibbi sənədi imzalayacaqlar.
"Təqdim olunan tibbi sənədlərə əsasən, ciddi irəliləyiş yoxdur və fikrimizcə, bu, hələ də diaqnostika və müvafiq müalicə tələb edir. Lazım gələrsə, növbəti dəfə müraciət edəcəyik. Bu, müayinənin gedişindən asılıdır. Təbii ki, müayinə yekunlaşmaq üzrədir. Yekun nəticələr uzlaşdırılır. Bu qənaəti Mixail Saakaşvili, eləcə də onun vəkilləri çatdırır və məhkəmə daha sonra keçiriləcək”,- deyə “Empati”nin rəhbəri Mariam Cişkaryan bildirib.
Artıq üçüncü prezidentin hüquq müdafiəçiləri suallar siyahısını həkimlərə göndəriblər. Sənəd vəkillərin əlinə keçdikdən sonra Mixail Saakaşvilinin cəzasının müvəqqəti olaraq təxirə salınması ilə bağlı məhkəmə iclası başlayacaq.
“Gürcüstanda fəaliyyət göstərən çoxsaylı peşəkarlar bildiriblər ki, Mixail Saakaşvilinin penitensiar sistemə buraxılması, onun Gürcüstanda sağalması real deyil və o, xaricə müvafiq klinikaya köçürülməlidir. Lakin bu qərar indiyədək verilməyib, çünki Mixail Saakaşvili ilə bağlı istənilən məsələni məhkəmə yox, Bidzina İvanişvili və “Gürcü arzusu” həll edir. Mixail Saakaşvili siyasi əsirlikdədir”,- deyə vəkil Beka Basilaya bildirib.
Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Koba Nağopia üçüncü prezidentlə birlikdə klinikadadır. Bundan başqa, bu yaxınlarda Mixail Saakaşvilinin anası Giuli Alasaniya “Vivamed”ə gedib.


