06 
Iyl
2022
15:36
565

Türkiyəli iş adamı Qalib Öztürk Məhkəmə tərəfindən cərimələndi

Türkiyəli iş adamı Qalib Öztürk inzibati xətaya görə Batumi Şəhər Məhkəməsi tərəfindən 500 lari cərimələnib. İş adamı marixuananın alınması, saxlanması, daşınması və ya göndərilməsi ilə bağlı istintaqa cəlb edilib. 

lnterPress.ge xəbər verir ki, məhkəməyə distant şəkildə qatılan Qalib Öztürk şantaj qurbanı olduğunu bildirib.

Qalib Öztürkinin vəkili Tengiz Kaxidze məhkəməyə ekspertiza rəyi təqdim edib və nəticədə Qalib Öztürkinin qan nümunəsində narkotik maddənin olmadığı müəyyən edilib, həmin sənəd məhkəmənin vəkili tərəfindən sübut kimi təqdim edilib.

“Gürcüstan məhkəməsinin düzgün qərar verəcəyinə inanıram. Gürcüstanda biznes və turizmdən başqa heç nə etməmişəm. Mən şantaj qurbanı kimi saxlanılıram”, - deyə Öztürk bildirib.

Prokurorluq iş adamı Qalib Öztürkü xüsusi külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktında ittiham edib. Prokurorluğun yaydığı məlumatda qeyd olunduğuna görə, Qalib Öztürkün yaşayış mənzilində aparılan axtarış nəticəsində xüsusilə külli miqdarda - 7,2159 qram kokain aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın