05 
Iyl
2022
11:43
2927

Polis Marneulidə qətl törətməkdə ittiham edilən bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis idarəsinin əməkdaşları əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü şəxsi qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq-daşıma ittihamı ilə saxlayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il iyulun 3-də Marneuli şəhərində 1976-cı il təvəllüdlü V.O.-ya bir neçə dəfə atəş açıb, aldığı xəsarətlər nəticəsində V.O. tibb müəssisəsində dünyasını dəyişib.

“Hadisənin ertəsi günü hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Cinayət silahı maddi sübut kimi götürülüb. İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 108 və 236-cı maddələri ilə aparılır", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın