30 
Iyn
2022
22:19
1024

Marneulidə eyvanı uçan binanın sakinləri etiraz edirlər- FOTO

Marneulidə eyvanı çökən binanın sakinləri etiraz ediblər.

InterPress.ge xəbər verir ki, onlar jurnalistlərə bununla bağlı açıqlama veriblər.

Etirazçılar meriya nümayəndələrindən bina sakinlərinə kömək edib-etməyəcəkləri ilə bağlı açıqlama istəyirlər. Etirazçılardan birinin sözlərinə görə, meriya nümayəndəsi bu gün onlarla görüşməyə gəlməli idi, lakin saat 7-dən gözləmələrinə baxmayaraq heç kim gəlməyib.

Onların sözlərinə görə, bina sakinləri narahatlıq içində yaşayırlar. Səlahiyyətlilər tərəfindən onlara bildirilib ki, eyvana çıxmadan binada öz mənzillərində yaşaya bilərlər.

"Bu binada 48 ailə yaşayır. Biz onların ayağına getməyəcəyik, onlar bura gəlməlidirlər. Niyə seçki öncəsi gəlib xalqa yalan vədlər verirlər? Burada iki nəfər həyatını itirdi, ancaq onlar yenə buna görə müxalifəti günahlandırırlar. Biz indi geri çəkilirik, gəlin bu xalqa indi siz sahib çıxın. Kənan  Ömərov gəlsin və xalqa açıqlama versin.",-VMH üzvü Ramo Əhmədov qeyd edir.

Etirazçılardan biri isə deyib ki, nə əvvəlki hakimiyyət dövründə, nə də indiki hakimiyyət dövründə su sistemi və s. daxil olmaqla bina ilə bağlı heç bir iş görülməyib. Onlar binada təmir-bərpa işlərinin aparılmasını tələb edirlər.

Onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırdıqlarını, lakin cavab almadıqlarını bildiriblər.

Deputat Nərgiz Əliyeva isə bildirib ki, bu insanların meriyaya müraciət etmələrinə baxmayaraq, bu işlə maraqlanan kimsə yoxdur və üstəlik, müxalifəti günahlandırırlar. Onun sözlərinə görə, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır.

Bizimlə əlaqə saxlayın