30 
Iyn
2022
11:15
425

Gəlirlər Xidməti: “Kazbegi gömrük-keçid məntəqəsi yenidən 24 saat tam rejimdə işləyir"

“Kazbegi” gömrük-keçid məntəqəsi yenidən 24 saat tam rejimdə işləyir.

lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata əsasən, Gəlirlər Xidmətinin Gömrük Departamenti Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi, LEPL - Quru Nəqliyyat Agentliyi və digər dövlət qurumları ilə birlikdə, Beynəlxalq yükdaşıma vasitələrinin təyinat ölkələri istiqamətində rahat hərəkət edə bilməsi üçün fəal şəkildə çalışır.

“Eyni zamanda, sözügedən gömrük keçid məntəqəsində gömrük işçiləri tam səfərbər olunub, eləcə də nəzarət prosedurlarının aparılması üçün zəruri olan bütün texniki avadanlıqlar təmin olunub.

Onu da qeyd edək ki, “Kazbegi” gömrük-keçid məntəqəsindən gündə 1000-dən çox yük avtomobilini idarə etmək mümkündür.

Xatırlatmaq istərdik ki, Dariali dərəsində mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar Kazbegi gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Güclü yağışlar nəticəsində daşqın çayları əvvəlcə Rusiya Federasiyası ilə sərhədə yaxın hissəni (Darialı-Lars 165-ci kilometri, iyunun 28-də bərpa olunub) daha sonra isə, Rusiya ərazisində Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolun Vladiqafqaza aparan hissəsi zədələyib", - deyə məlumatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın