29 
Iyn
2022
13:56
358

ABŞ səfiri: Növbəti 6 ay mühüm fürsət olacaq, itirməyə vaxt yoxdur

"Biz gördük ki, hökumət qanunları tez qəbul edə bilir, məsələn, Dövlət Müfəttişliyi Aparatının sürətlə ləğv edilməsində gördüyümüz kimi.  Biz bilirik ki, hökumət istədiyi zaman tez hərəkət edə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Onun sözlərinə görə, gürcü xalqı Avropa İttifaqının tövsiyələrini həyata keçirmək istəyir ki, bu da Gürcüstana Aİ-yə üzvlük statusunun verilməsinə imkan yaradacaq.

“Biz onu da bilirik ki, gürcü xalqı bu islahatları Gürcüstanın Aİ üzvlüyünə hazırlanması üçün istəyir.  Birləşmiş Ştatlar bu prosesdə Gürcüstana hər cür kömək etməyə hazırdır.

Növbəti 6 ay bu prosesə başlamaq üçün çox vacib bir fürsət olacaq və itirməyə vaxt yoxdur. Mən bilirəm ki, gürcü xalqı, vətəndaş cəmiyyəti, müxalifət partiyaları, eləcə də hökumətin bəzi üzvləri bu tövsiyələr üzərində işə başlamaq istəyirlər. Hamı Gürcüstanla bağlı müsbət hesabat görmək istəyir", - Kelli Deqnan deyib.

Bizimlə əlaqə saxlayın