Marneulidə qəzada həyatını itirən hamilə qadının körpəsini həkimlər xilas edə bilib
Marneulidə eyvanın uçması nəticəsində həyatını itirən hamilə qadının körpəsini həkimlər xilas edə bilib.
lnterPress.ge xəbər verir ki, həkimin jurnalistlərə verdiyi məlumata görə, qeysəriyyə əməliyyatından sonra körpənin ürəyi dayanıb, lakin həkimlər onu xilas edə biliblər.
“Körpənin ürək döyüntüsü müşahidə olunub və onu xilas etmək üçün dərhal əməliyyat olunub. Eyni zamanda qadına qarşı reanimasiya tədbirləri davam etdirilib və qeysəriyyə əməliyyatından sonra abort zamanı körpədə ürək dayanması olub, lakin aparılan reanimasiya tədbirləri nəticəsində uşaq sağ qalıb”, - deyə həkim bildirib.
Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 2 nəfər həyatını itirib.
Mövcud məlumata görə, qəza nəticəsində xəsarət alan daha iki yeniyetmə müxtəlif bədən xəsarətləri ilə Marneulidəki “İmedi” klinikasında müalicələrini davam etdirir.


