24 
Iyn
2022
10:29
270

Şarl Mişel: Gürcüstan irəliləyişə nail ola bilər

"Gürcüstan xalqına və hakimiyyətinə ilk mesajımız Avropa perspektividir - biz onlarla çox yaxından işləmək və ölkəni düzgün istiqamətə aparmaq səylərini dəstəkləmək istəyirik".

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti və əhalisi Avropa yolunda düzgün istiqamətdə hansı addımların atılmalı olduğunu bilir.

Şarl Mişelin bəyan etdiyinə görə, Gürcüstan irəliləyişə nail ola bilər.

 “Gürcüstan xalqına və hakimiyyətinə ilk mesajımız Avropa perspektividir, bu aydın mesajdır. Biz tamamilə əminik ki, ölkə və əhali üçün əsaslı islahatların aparılması, korrupsiyaya qarşı mübarizə, məhkəmə sisteminin müstəqilliyi vacibdir. Biz Gürcüstan institutları ilə çox sıx əməkdaşlıq edirik ki, irəliləyiş əldə etsinlər, əminəm ki, siyasi mənzərədə siyasi iradə olarsa, Gürcüstan üçün böyük irəliləyiş əldə etmək olar. Mən bilirəm ki, onlar düzgün istiqamətdə hansı addımların atılması lazım olduğunu bilirlər və biz geosiyasi səviyyədə çox güclü mesaj göndərmişik. Biz gürcü xalqının və Gürcüstan hakimiyyətinin etdiyi seçimlərdən xəbərdarıq.  Bu, dünyanın demokratik prinsiplərinin azad seçimidir. Biz ölkəni düzgün istiqamətə yönəltmək və onların səylərini dəstəkləmək üçün onlarla çox yaxından işləmək istəyirik”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın