22 
Iyn
2022
13:12
480

Gürcüstanın keçmiş liderləri Aİ-yə məktub yazdı

Gürcüstanın 2016-cı ilə qədər fəaliyyət göstərən yüksək vəzifəli şəxsləri Gürcüstana namizəd ölkə statusu verilməsi üçün Avropa İttifaqına məktub yazıb.

InterPress.ge xəbər verir ki, müvafiq məktubu bu gün Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşvili Aİ-nin Gürcüstandakı səfiri Karl Harçelə təqdim edib.

Qiorqi Marqvelaşvilinin verdiyi məlumata görə, Avropa İttifaqına ümumilikdə 29 məktub göndərilib - biri Avropa Şurasının sədri Şarl Mişelə, biri Avropa Komissiyasının sədri Ursula fon der Layenə, qalanları isə Aİ-nin üzvü olan 27 ölkənin liderlərinə. 

“Məktubun məzmunu belədir – biz onların irəli sürdüyü tələblərə, onların yerinə yetirilməsinin məqsədəuyğunluğu ilə razıyıq, lakin vəziyyətin mürəkkəbliyinə və regiondakı çətinliklərə görə üçlüyü – Ukrayna, Moldovanı və Gürcüstanı ayrımasınlar, bizə namizəd statusu verilsin və tələblərini daha sonra yerinə yetirmək üçün bizə imkan verilsin.

Məktubu 2016-cı ilə qədər lider olan, bu gün sağ olan bütün rəhbərlər - prezidentlər, parlamentin spikerləri imzalayır. 2016-cı ildən sonra fəaliyyət göstərən heç bir siyasətçi imza atmır", - Qiorqi Marqvelaşvili bildirib.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusunun verilməsini tövsiyə edib, Gürcüstanla bağlı isə müəyyən şərtlər yerinə yetirildikdən sonra məsələnin geri qaytarılacağını bildirib.  Məsələ ilə bağlı yekun qərarı iyunun 23-24-də Avropa Şurası verəcək.

Bizimlə əlaqə saxlayın