21 
Iyn
2022
12:59
375

İrakli Kobaxidze: Deoliqarxizasiya haqqında qanun tətbiq edilsə, Xazaradze-Caparidze və Saakaşvili-Kezeraşvili oliqarx kimi tanınacaq

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, əgər Gürcüstanda deoliqarxizasiya ilə bağlı qanun tətbiq edilsə, ilk növbədə "Lelo" liderləri Badri Caparidze və Mamuka Xazaradze, həmçinin "Milli Hərəkat" -dan  Mixeil Saakaşvili və Davit Kezaraşvili oliqarxlar kimi tanınacaqlar.

InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə parlamentin plenar iclasında bildirib.

"Milli Hərəkat" və "Lelo" - iki əsas, radikal müxalifət partiyası deoliqarxizasiyadan danışır. Xatırlatmaq istərdik ki, Ukraynada deoliqarxizasiya haqqında qanun qəbul edilib və bu qanun Gürcüstanda qüvvədə olsa, hər iki partiyanın lideri oliqarx kimi tanınacaq. Bunlar “Lelo”dakı Xazaradze-Caparidze və “Milli Hərəkat”dakı Saakaşvili-Kezeraşvilidir.  Odur ki, oliqarxları özünüzdə axtarın və deoliqarxizasiyaya hazırlaşın, dostlar”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın