21 
Iyn
2022
09:41
922

Salome Zurabişvili Avropa liderlərinə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa liderlərinə müraciət edərək, ölkə üçün vacib olan məqamda Gürcüstanı dəstəkləməyə çağırıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Twitter-də Avropa liderlərinə videomüraciət paylaşıb.

“70 illik sovet işğalı zamanı Gürcüstanın Avropa ilə əlaqəsi kəsilmişdi. Buna baxmayaraq, o, demokratiya və Avropa yolunda irəliləyərək bu yolu axtarmağı heç vaxt dayandırmayıb”, - Salome Zurabişvili Fransa prezidenti Emmanuel Makrona deyib.

“Almaniya öz tarixindən bilir ki, divarlar avropalıları ayırmamalıdır. Gürcüstanın ən qədim tərəfdaşı və dostu kimi bu gün biz Gürcüstana bu mühüm məqamda kömək etməyinizə ümid edirik”, - Salome Zurabişvili Almaniya Prezidentinə deyib.

Zurabişvili Belçikanın baş naziri Aleksandr De Kruza deyib: “Avropa İttifaqı üçün tarixi bir ölkə, cəmiyyətin bir parçası olmağın vacibliyini bilən kiçik bir ölkə olaraq, bu mühüm, tarixi mərhələdə sizdən dəstək istəyirik”.

“Aİ-yə inteqrasiya yolunu keçmiş bir ölkə kimi siz bu inteqrasiyanın qiymətini və dəyərini başqalarından yaxşı bilirsiniz. Biz tarixi və ekzistensial qərar gözləyirik”, - Salome Zurabişvili Xorvatiya prezidenti Zoran Milanoviçə deyib.

Salome Zurabişvili Polşa Prezidenti Anjey Dudaya da müraciət edib - “Gürcüstan və Polşa faciəli ortaq keçmişi bölüşür. Bu zaman biz sizin dəstəyinizi, həmrəyliyinizi, qardaş dövlət Polşanın Avropaya gedən yolumuzu dəstəkləməsini ümid edirik”.

“Biz Gürcüstanın Avropa gələcəyi ilə bağlı tarixi qərar gözləyirik.  Xatırlatmaq istəyirəm ki, bu, xalqımızın iradəsidir", - Salome Zurabişvili Danimarkanın baş naziri Mete Frederiksenə müraciət edib.

 

Bizimlə əlaqə saxlayın