Kvemo Kartlidə “Azadlıq Naminə Velotur” baş tutdu
Kvemo Kartlidə 19 iyun, saat 12-də Avropa dəyərlərinin təbliği və cəmiyyətdə Avropa inteqrasiyasına dəstək məqsədilə CENN tərəfindən təşkil edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İnklüzivlik və Keçmiş-Covid Bərpası üçün Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” lahiyəsi çərçivəsində velosiped turu keçirilib.
InterPress.ge xəbər verir ki, velosiped turu marşrutu Kvemo Kartlinin 3 bələdiyyəsinin ərazisindən keçib: Dmanisi, Bolnisi və Marneuli.
Velosiped turu Dmanisidə, bazar ərazisindən başlayıb, mərkəzi yoldan keçməklə Bolnisi üzrə davam edib və Marneulidə başa çatıb.
Velotur yerli fəalların iştirak və təşkilatçılığı ilə həyata keçirilib.
Velotur çərçivəsində hər üç bələdiyyənin təşkilatçıları Avropaya inteqrasiyanın əhəmiyyəti, demokratiya və Avropa dəyərlərinə dair çıxışlar ediblər. Eyni zamanda məlumat broşürləri və plakatlar paylanıb.
Çıxış edənlər arasında dəvət olunmuş məruzəçilər arasında “Demokratiyanın müdafiəçiləri” və “Aİ-yə doğru addım atın” kampaniyalarının nümayəndələri də iştirak ediblər.
Tədbir vətəndaş cəmiyyəti təşkilatlarının potensialının inkişaf etdirilməsi və onların demokratik proseslərdə iştirakının artırılması məqsədi daşıyan “İnklüzivlik və Keçmiş-Covid Bərpası üçün Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsinin bir hissəsidir. Layihə vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmətlərin göstərilməsini təkmilləşdirməyə kömək edir.
Qeyd edək ki, Veloturun təşkilatçıları Samirə Bayramova, Elnur Əlisoy, Naşir Orduxanov, Tiko Davadze, "Demokratiya Müdafiəçiləri" olub.