16 
Iyn
2022
15:05
424

Polis qanunsuz odlu silah və döyüş sursatı aşkar edib - 7 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində son vaxtlar Tbilisi, Şida Kartli, İmereti, Sameqrelo və Kaxeti şəhərlərində qanunsuz odlu silah, habelə döyüş sursatları götürülüb, 7 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları Tbilisidə qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə əvvəllər müxtəlif cinayətlərdə təqsirli bilinən 1990-cı il təvəllüdlü şəxsi saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin şəxsi və avtomobilinə baxış zamanı odlu silah, 2 maqazin və 16 patron maddi sübut kimi götürülüb.


"Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah almaq və saxlamaq ittihamı ilə Poniçala şəhərində 1996-cı il təvəllüdlü şəxsi saxlayıb. Polis şübhəlinin evində apardığı axtarış nəticəsində maddi sübut kimi tapança götürüb.

1998-ci il təvəllüdlü şəxs Mərkəzi Kriminal Polis İdarəsi və Şida Kartli Polis Departamentinin Qori rayon şöbəsinin əməkdaşları tərəfindən birgə saxlanılıb. O, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaqda, saxlamaqda və gəzdirməkdə ittiham olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində sübut kimi 1 ədəd ov tüfəngi, 1 ədəd tapança və 13 ədəd patron götürülüb.

İmereti, Raça-Leçxumi və Kvemo Svaneti polis idarəsinin Xoni rayon şöbəsinin əməkdaşları, 1968-ci il təvəllüdlü şəxsi qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıblar. Onun evində və anbarında aparılan axtarışlar nəticəsində, maddi sübut kimi Kalaşnikov sistemi “Aka-47” avtomatı, maqazin və 23 patron  götürülüb.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Mestia rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə 1974-cü il təvəllüdlü şəxsi saxlayıblar. Polis təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı maddi sübut kimi odlu silah və maqazin aşkar edib.

Kaxeti Polis İdarəsinin Gurcaani rayon şöbəsinin əməkdaşları Gürcaani bələdiyyəsində 1979-cu il təvəllüdlü şəxsi qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlayıb. Polis təqsirləndirilən şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd kustar üsulla hazırlanmış tapança və 8 ədəd patron götürüb.

Həmin bölmənin əməkdaşları tərəfindən Gürcaani bələdiyyəsində 1998-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb və oradan maddi sübut kimi “F-1” qumbarası götürülüb.

Cinayətlər 3 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri, eləcə də 19-229-cu maddələri ilə araşdırma aparılır”,- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın