16 
Iyn
2022
13:37
1130

Polis azyaşlı qızı zorla evləndirmək ittihamı ilə atanı saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində azyaşlını zorla evləndirmək ittihamı ilə 1981-ci il təvəllüdlü şəxsi saxlayıblar. 

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, bu cinayətə görə 2 ildən 4 ilə qədər həbs cəzası nəzərdə tutulur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2004-cü il təvəllüdlü azyaşlı uşağı psixoloji təsir yolu ilə öz iradəsindən kənarda nikaha vadar edib.

Qız bu barədə polisə məlumat verib. Xəbərdarlığı alan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq istintaq, o cümlədən prosessual hərəkətlər həyata keçirilib və A.Q. həmin gün təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qız hazırda sığınacağa aparılıb.

Gürcüstanın Cinayət Məcəlləsi11 Prima-150 Prima 2-ci maddənin 2-ci hissəsinin "a" yarımbəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağı qabaqcadan məlumatlı olan ailə üzvü tərəfindən məcburi nikaha daxil etmə faktı ilə bağlı araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər