16 
Iyn
2022
11:15
405

Maska artıq bu yerlərdə də məcburi olmayacaq

İyunun 20-dən ictimai nəqliyyatda maskadan istifadə artıq məcburi olmayacaq. 

lnterPress.ge xəbər verir ki, qərar Gürcüstan hökuməti tərəfindən Səhiyyə Nazirliyi və bu sahə üzrə mütəxəssislərin tövsiyəsi əsasında ölkədəki stabil epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edilib.

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial məsələlər nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, tibb müəssisələrində maskadan istifadə məcburi olaraq qalır, avtobuslarda, mikroavtobuslarda və insanların çox olduğu yerlərdə isə yalnız tövsiyə xarakterli olacaq.

“Koronavirusla bağlı epidemioloji vəziyyətin sabitləşməsi fonunda iyunun 20-dən etibarən nəqliyyat vasitələrində maskadan istifadə məcburi olmayacaq. Maskanın istifadəsi ilə bağlı tövsiyələrə əməl etmək xroniki xəstəlikləri olan insanlar üçün vacibdir. Maskadan istifadə yalnız tibb müəssisələrində məcburi olaraq qalacaq”, - deyə Tamar Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər