Yens Stoltenberq: Gürcüstan NATO liderlərinin görüşünə dəvət olunub, bu həmrəylik və yaxın tərəfdaşlığın mühüm ifadəsidir
"Gürcüstan liderlərin görüşündə iştirak etməyə dəvət olunub. Düşünürəm ki, bu, həmrəyliyin və NATO-Gürcüstan sıx tərəfdaşlığının mühüm ifadəsidir".
InterPress.ge xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq brifinqdə deyib.
Stoltenberqin sözlərinə görə, NATO müttəfiqlərinin tərəfdaşlara dəstəyini gücləndirməsi vacibdir və Gürcüstan bu tərəfdaş ölkələrdən biridir.
“Düşünürəm ki, Rusiyanın Ukraynaya qəddar müdaxiləsi fonunda NATO müttəfiqlərinin Rusiyanın təcavüzünə həssas olan digər tərəfdaşlara dəstəyini gücləndirməsi vacibdir. Təbii ki, Gürcüstan da o ölkələrdən biridir.
Rusiya artıq Gürcüstanın ərazilərini işğal edib, onun hissələrinə nəzarət edir və buna görə də mən müttəfiqlərdən praktiki tərəfdaşlığı daha da gücləndirəcək konkret addımlar barədə razılığa gəlmələrini gözləyirəm", - Yens Stoltenberq deyib.


