06 
Iyn
2022
16:23
505

“Rosneft” artıq "Gulf" da səhmdar deyil

"Gulf" yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olan Petrocas Energy Group, "Rosneft" in 49% payını satın alıb, nəticədə, Rusiya şirkəti artıq Gulfın səhmdarlarından deyil.

lnterPress.ge xəbər verir ki, bu barədə “Petrocas” ın saytında bəyanat yayılıb.

Məlumata əsasən, Petrocas Energy Group-un qurucu idarəedici partnyoru, qrupun baş direktoru Vano Nakaidze bu il mayın 11-də Rosneft neft şirkətində 49% azlıq payının alınması ilə bağlı müqavilə bağlayıb.

Bu əməliyyat nəticəsində, "Rosneft" Petrocas Energy Group-dakı payından imtina edib və şirkət tərəfindən təmsil olunan iki üzv idarə heyətini tərk edib.

Petrocas Energy Group və Rosneft Oil Company 2014-cü ilin dekabrında birgə müəssisə qurdular, hansı ki, Rosneft 49% azlıq payını alıb.

Petrocas Energy Group 2010-cu ildə yaradılıb. Qrup Qara dəniz, Cənubi Qafqaz, Xəzər və Şərqi Aralıq dənizi regionlarında neft ticarəti, eləcə də pərakəndə və aviasiya yanacağının paylanması və neft məhsullarının logistika biznesində iştirak edir.

Petrocas Gürcüstanda ən böyük aviasiya yanacağı tədarükçülərindən biri olan "Gulf"markalı yanacaqdoldurma məntəqələri, Poti Neft Terminalı və "Petroca Fuel Service Georgia" şəbəkəsinə malikdir.

Bizimlə əlaqə saxlayın