06 
Iyn
2022
15:04
796

Baş nazir: Misli görünməmiş iqtisadi artımımız var. Avropalı həmkarlarımız mənim və Levan Davitaşvilinin söhbətini təəccüblə dinləyirdilər

"Misli görünməmiş iqtisadi artımımız var. Biz Bratislavada idik və avropalı həmkarlarımız mənim və Levan Davitaşvilinin söhbətini təəccüblə dinləyirdilər".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib. 

Onun sözlərinə görə, “çox az ölkə belə iqtisadi artıma malikdir”.

“Biz birinci rübü 14% iqtisadi artımla bağladıq və 4 ayda 10,8% iqtisadi artım əldə etdik ki, bu da çox sevindirici haldır. Ölkədə müsbət dinamika var. Keçən ilin aprelində bizdə iqtisadi artım demək olar ki, 45 faiz idi. Aprel ayında artım gözləmirdik, lakin buna baxmayaraq, müsbət dinamikamız hələ də davam edir və ümumilikdə 4 ayda 10,8% iqtisadi artım əldə etdik. Uçuşlar tam bərpa olunub, turizm çox sürətlə bərpa olunur. Şəhərlərimiz turistlərlə doludur və biz buna sevinirik. Biznes dövriyyəsi əvvəlki illə, eləcə də bütün biznes sektoru ilə müqayisədə artaraq 38,6 milyard lari təşkil edib. Biznes sektorunda iş yerlərinin sayı da 8,2% artaraq 50 000-ə çatıb. Orta əmək haqqı 15% artıb. Onu da deyim ki, yoxsulluğun səviyyəsi tarixi minimumdadır - 17,5%-dən aşağıdır və son illərdə belə azalma olmayıb. Müqayisə üçün deyərdim ki, 2010-cu ildə yoxsulluğun səviyyəsi 38% idisə, biz hakimiyyətə gələndə, 2012-ci ildə 34% idi. Bu, bizi qane etmir, daha çox çalışmaq lazımdır, amma bunun üçün sülh, sabitlik və inkişaf lazımdır.", - Qaribaşvili deyib.

Bizimlə əlaqə saxlayın