05 
Iyn
2022
11:00
1300

Gürcüstanda ən məşhur smartfon markaları

Rabitə Komissiyası 2021-ci ildə Gürcüstanda mobil cihazların sayının statistikası ilə bağlı hesabat dərc edib.

InterPress.ge xəbər verir ki, ölkədə cəmi 5 milyon telefon var və 39% payla Samsung 1 nömrəli bazar oyunçusudur. İkinci yerdə 15% payla Apple, üçüncü yerdə isə 13% payla Xiaomi qərarlaşıb.

Gürcüstanın ən məşhur smartfon markalarının reytinqi:

1. Samsung - 1 973 605 mobil telefon, bazarın 39%-i

2. Apple - 760 558 mobil telefon, bazarın 15%-i

3. Xiaomi - 673 886 mobil telefon, bazarın 13%-ni təşkil edir

4. HUAWEI - 339 352 mobil telefon, bazarın 7%-i

5. Nokia - 232 040 mobil telefon, bazarın 5%-i

6. Lenovo - 53 482 mobil telefon, bazarın 1%-i

7. LG - 23 550 mobil telefon, bazarın 0,5%-i

8. Sony - 15 960 mobil telefon, bazarın 0,3%-i

9. TCT - 12 379 mobil telefon, bazarın 0,2%-i

10. ZTE - 12 099 mobil telefon, bazarın 0,2%-i

 

 

Bizimlə əlaqə saxlayın