04 
Iyn
2022
12:58
692

Nika Qvaramiya Rustavi 2-dən 5 milyon dollar təzminat tələb edir

"Mtavari Arxi"nin baş direktoru və Rustavi-2-nin keçmiş rəhbəri Nika Qvaramiya Rustavi 2-dən 5 milyon dollar təzminat tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə vəkil Dito Sadzaqlişvili məlumat verib.

Dito Sadzaqlişvilinin sözlərinə görə, razılaşmaya əsasən, Nika Qvaramiyanın 2020-ci il dekabrın 31-dək işdən çıxarılması qadağan idi, bu da teleşirkətin yeni rəhbərliyi tərəfindən nəzərə alınmayıb:

"Nika Qvaramiya bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə Kibar Xalvaşi tərəfindən işdən çıxarıldı, buna görə də, Nika Qvaramiya 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir. Əgər kimsə bu müqavilədən təsirlənirsə, bu Nika Qvaramiyadır.  Buna görə də biz qərara gəldik ki, Rustavi 2-yə öz mövqeyimizi rəsmi şəkildə bildirək və onların cavabını gözləyək”, - deyə vəkil Dimitri Sadzaqlişvili bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər