03 
Iyn
2022
12:07
375

Polis regionlarda əməliyyat həyata keçirib, üç nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində bu yaxınlarda Sameqrelo, Svaneti, Şida Kartli və İmeretidə qanunsuz odlu silah, habelə qanunsuz döyüş sursatları götürüb, 3 nəfəri saxlayıb, 2 nəfərin isə ifşa ediblər.

lnterPrss.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Mestia rayon şöbəsinin əməkdaşları 1981-ci il təvəllüdlü şəxsi Mestia Bələdiyyəsinin kəndlərindən birində qanunsuz olaraq odlu silah almaq və saxlamaq ittihamı ilə saxlayıbar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə baxış keçirərkən maddi sübut kimi avtomat silah və maqazin götürüblər.

"Həmin idarənin Martvili rayon şöbəsinin əməkdaşları, Martvilidə 1987-ci il təvəllüdlü şəxsi qanunsuz olaraq odlu silah və sursat gəzdirməkdə ittiham edərək saxlayıblar. Polis təqsirləndirilən şəxsin hərəkətdə olduğu avtomobildən tapança və 38 ədəd patron çıxarıb.

Şida Kartli Polis İdarəsinin Kaspi rayon şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda 1954-cü il və 1967-ci il təvəllüdlü şəxsləri qanunsuz olaraq odlu silah və döyüş sursatı alıb saxladıqlarını ifşa ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kaspi bələdiyyəsində 1954-cü il təvəllüdlü şəxsin evinə baxış zamanı aşağıdakı sübutlar götürüblər: iki tüfəng, 152 patron və dörd partlayıcı qurğu, 1967-ci il təvəllüdlü şəxsdən isə maddi sübut kimi “Makarov” markalı tapança və patron götürüblər.

İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis idarələrinin əməliyyat-axtarış bölməsinin əməkdaşları 1998-ci il təvəllüdlü şəxsi Kutaisidə qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaq ittihamı ilə saxlayıblar. Polis təqsirləndirilən şəxsə məxsus yanacaqdoldurma məntəqəsinə baxış keçirməsi nəticəsində maddi sübut kimi tapança maqazin və patron götürüb.

Cinayətlər 3 ildən 7ilə qədər həbs cəzasını nəzərdə tutur.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə araşdırılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın