Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Bakı marafonuna Gürcüstandan qatılan iştirakçılar Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təltif edildi

361
Bakı marafonuna Gürcüstandan qatılan iştirakçılar Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təltif edildi
Dinləmək üçün basın

Azərbaycanın Gürcüstandakı səfirliyində “Bakı Marafonu - 2022”yə Gürcüstandan qatılmış iştirakçılarla görüş keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyində “Bakı Marafonu - 2022”yə Gürcüstandan qatılmış iştirakçılarla görüş keçirilib.

InterPress.ge xəbər verir ki, Azərbaycan səfiri Faiq Quliyev həvəskar və peşəkar marafonçulara yarışa göstərdikləri marağa görə təşəkkür edib.

Səfir Heydər Əliyev Fondunun təşəbbüsü ilə beşinci dəfə baş tutmuş Bakı marafonuna marağın və qatılanların sayının ildən-ilə daha da artdığını bildirib. Onun sözlərinə görə, yarışda iştirakla yanaşı marafonçuların Bakı şəhəri ilə yaxından tanışlıq və yeni dostluq əlaqələri qurmaq imkanları da olub.

F.Quliyev səfirliyin ötən ilin oktyabrında Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə təşkil etdiyi Tbilisi-Rustavi marafonunu xatırladıb və əldə olunan təcrübənin gələcəkdə də bu kimi idman yarışlarını davamlı olaraq keçirməyə imkan verdiyini qeyd edib.

Diplomat səfirliyin Azərbaycan və Gürcüstan arasında idman və təhsil sahələrində əlaqələri daha da təşviq etməyə hər zaman hazır olduğunu bildirib.

Marafonçular səfirliyə Bakı marafonunda iştiraklarına göstərilən dəstəyə görə Heydər Əliyev Fondu və Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər. Yarışın yüksək səviyyədə təşkil edildiyini qeyd edən marafon iştirakçıları Bakıya heyranlıq hissləri ilə də bölüşüblər.

Təcrübəli marafonçu Vyaçeslav İvanets deyib ki, Bakı marafonu Azərbaycanda kütləvi idmanın inkişafına göstərilən böyük diqqət və bu istiqamətdə həyata keçirilən səylərin göstəricisi oldu: “Marafon iştirakçılarının sayı ilə təəccübləndirdi. Yarışa müxtəlif yaş qruplarına aid, həmçinin sağlamlıq imkanları məhdud şəxslər də qatılmışdı. Bakı marafonunda iştirakıma yaradılmış imkana görə təşəkkür edirəm”.

Səfirlə söhbət zamanı marafonçular Tbilisidə, Rustavi-Gəncə marşrutu üzrə marafonların keçirilməsi təkliflərini səsləndiriblər. V.İvanets isə Şuşa şəhərində marafonun təşkili təklifi ilə çıxış edib. F.Quliyev səfirliyin idman yarışlarının keçirilməsi ilə bağlı istənilən təklif və təşəbbüslərə açıq olduğunu bildirib.

Sonda marafon iştirakçılarına sertifikatlar və medallar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, mayın 15-də baş tutmuş “Bakı Marafonu – 2022”də Gürcüstandan 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 Gürcüstan vətəndaşı olmaqla ümumilikdə 20 nəfər qatılıb.
(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →