02 
Iyn
2022
13:57
271

Prokurorluq bir nəfəri azyaşlıya təcavüzə cəhddə ittiham etdi

Gürcüstan Prokurorluğu bir nəfəri azyaşlıya təcavüzə cəhddə ittiham edib. 

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan zərərçəkmişin köməksizliyindən istifadə edərək onu zorlamağa cəhd edib.

“Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi mayın 31-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 19-137-ci maddəsinin 4-cü hissəsinin “Q” bəndi (əvvəlcədən məlumatlı halda yetkinlik yaşına çatmayan şəxsi zorlama cəhdi) ilə ittiham olunub və 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir. Cinayət işi üzrə araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın