31 
May
2022
11:57
363

Tbilisidə kirayə haqları artıb

Tbilisidə 2022-ci ilin birinci rübündə daşınmaz əmlakın qiymətləri 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 4,2 faiz artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib. 

Məlumata görə, mənzillərin qiymətləri 5,4%, fərdi yaşayış evlərinin qiymətləri isə 2% artıb. Qeyd edək ki, statistika yalnız Tbilisi ilə məhdudlaşır və daşınmaz əmlak bazarında yalnız yeni tikilmiş və tikilməkdə olan mənzillər seqmentini əhatə edir.

Mənzillərin kirayəsinə gəlincə, həmin dövrdə Gürcüstan üzrə mənzillərin kirayə qiyməti martda 3%, apreldə isə 1,7% artıb.

Geostat-ın məlumatına görə, Tbilisidə kirayə mənzillər martda əvvəlki ayla müqayisədə 6,2 faiz artıb, apreldə isə qiymət artımı 1,5 faiz təşkil edib.

Onların sözlərinə görə, Kutaisidə mənzillərin kirayə qiymətləri 2022-ci ilin yanvarından aprel ayına qədər dəyişməyib. 2022-ci ilin yanvar ayından aprel ayına kimi Batumidə də daşınmaz əmlakın kirayə qiymətləri dəyişməyib. Telavidə daşınmaz əmlakın kirayə qiymətləri bu ilin yanvar-fevral aylarında dəyişməz qalıb, 2022-ci ilin martında fevral ayı ilə müqayisədə daşınmaz əmlakın kirayə qiymətləri 1,9% azalıb, apreldə isə bu rəqəm 11,5% artıb.

Bizimlə əlaqə saxlayın