Parlamentin keçmiş sədri polisləri peşə günü münasibətilə təbrik etdi
"Ölkənizə xidmət etmək, onun vətəndaşlarının həyatını və sağlamlığını qorumaq şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. İnanın ki, sizin peşəkarlığınızdan çox şey asılıdır".
InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin keçmiş sədri polisləri peşə günü münasibətilə təbrik edib.
“Hələ də bir çox çətinliklər var. Hər bir polis əməkdaşını peşə günü münasibəti ilə təbrik edirəm. Ölkənizə xidmət etmək, onun vətəndaşlarının həyatını və sağlamlığını qorumaq şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. İnanın ki, sizin peşəkarlığınızdan çox şey asılıdır. Çətinliklər hələ çoxdur və mən sizə bu çətinliklərlə mübarizədə uğurlar arzulayıram. Mən bu ölkənin vətəndaşı olaraq sizə çox sağ olun deyirəm, ailələrinizə təşəkkür edir və bir daha peşə gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə sülh və cansağlığı arzulayıram”, – Kaxa Kuçava yazıb.


