Gömrükçülər sərhəddə bəyan edilməmiş mallar aşkar ediblər
Kartsaxi gömrük-keçid məntəqəsində bəyan edilməmiş siqaretlərin sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdlə bağlı 4 faktın qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Qurumdan verilən məlumata görə, ümumilikdə 4360 ədəd bəyan edilməmiş, aksizsiz siqaret və spirtli içkilər aşkar edilib.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları Türkiyə və Bolqarıstan vətəndaşlarının idarə etdiyi yük avtomobilinə ətraflı baxış keçirib, ümumilikdə 4360 ədəd bəyan edilməmiş, aksizsiz siqaret və spirtli içkilər aşkar ediblər.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş vətəndaşlardan bəyan edilməmiş mallar müsadirə edilib və sanksiya qismində min-min lari məbləğində cərimə tətbiq edilib.


