30 
May
2022
10:50
505

Baş nazir təbrik məktubu paylaşdı

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan prokurorlarının hər birini, prokurorluğun müstəntiqini və bütün əməkdaşlarını peşə günü münasibətilə təbrik edir. 

InterPress.ge xəbər verir ki, hökumət başçısı ədalətli, hüquqi, demokratik dövlət quruculuğunda prokurorluğun mühüm rol oynadığını vurğulayıb.

“Gürcüstanın hər bir prokurorunu, prokurorluğunun müstəntiqini və bütün əməkdaşlarını peşə günü münasibətilə ürəkdən təbrik edirəm.
Ədalətli, hüquqi, demokratik dövlət quruculuğunda prokurorluq mühüm rol oynayır. Siz ölkəmizin hər bir vətəndaşının özünü təhlükəsiz və qorunan hiss etməsi üçün hər gün çalışırsınız.

Müstəqillik dövrünün uzunmüddətli transformasiyalarından sonra bu gün apardığımız islahatlar nəticəsində Gürcüstan Prokurorluğu səmərəli, müstəqil və şəffaf bir sistemə, ölkənin sabitliyi və təhlükəsizliyinin möhkəm dayağına çevrilib. Ölkəmizin tərəqqisinə verdiyiniz böyük töhfəyə görə sizə təşəkkür edirəm və sizə bundan sonra da uğurlar arzulayıram”, - baş nazir bəyanatda bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər