25 
May
2022
15:15
367

Vaşadze: "Bu gün siz Kobaxidzenin qaranlıq otaqda pişiyi necə tutacağını görəcəksiniz"

"Bu gün siz Kobaxidzenin pişiyin orada olmamasına baxmayaraq, qaranlıq otaqda onu necə tutacağını görəcəksiniz".

InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası"nın lideri Qiorqi Vaşadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün keçiriləcək debatlar zamanı cəmiyyət “Gürcü Arzusu”ndan ancaq saxta ittihamlar eşidəcək. Vaşadzenin sözlərinə görə, “Gürcü Arzusu”nun anti-Qərb bəyanatları ölkəni Rusiya ilə üz-üzə buraxmaq və Gürcüstanın namizəd statusu almasına mane olmaq məqsədi daşıyır.

“Gürcü Arzusu” anti-Qərb isteriyasını davam etdirir. Onların məqsədi bizi namizəd statusundan məhrum etməkdir, ona görə də bunun baş verməməsi üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Odur ki, “Ağmaşebeli Strategiyası”nın təşəbbüsü ilə bu gün debat gedir ki, biz burada dəlil-sübutla danışacağıq, onlardan isə dəlil-sübutsuz saxta ittihamlar eşidəcəyik. Bu gün İrakli Kobaxidzenin necə gəlib çıxış etdiyini və pişiyin orada olmamasına baxmayaraq, qaranlıq otaqda onu necə tutacağını görəcəksiniz", - deyə o söyləyib.

Eyni zamanda, Vaşadze Kobaxidzenin çağırışına cavab verməyə hazır olduğunu və tarixi şansı əldən verməmək üçün hakimiyyətin bu gün hansı addımlar atmalı və nə etməli olduğunu istənilən verilişdə sadalaya biləcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın