25 
May
2022
13:14
344

Universitetdə maaşları mənimsəyən şəxs saxlanıldı

Gürcüstan Prokurorluğu, "Gürcüstan Texniki Universiteti" də vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq yolu ilə külli miqdarda pul mənimsəmiş bir nəfəri saxlayıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

"Rəsmi yoxlama nəticəsində Gürcüstan Texniki Universiteti tərəfindən təqdim edilmiş qanun pozuntuları faktlarının araşdırılması zamanı məlum olub ki, Texniki Universitetin Maliyyə şöbəsinin baş mütəxəssisi - M.A. müxtəlif dövrlərdə əmək haqqı bazalarını doldurarkən, əmək haqqını hesablamaq üçün Texniki Universitetin işçilərinin əmək haqqı hesabı əvəzinə şəxsi məlumatlarını - öz bank hesabını göstərib, nəticədə göstərilən məbləğlər onun hesabına köçürülüb.

Bundan əlavə, təqsirləndirilən şəxs əmək haqqının yazılması üçün tərtib etdiyi sənəddə əmək haqqının hesablanması üçün onun tanışlıq dairəsindən işə qəbul edilən şəxslərin şəxsi məlumatları və bank hesablarının nömrələrini göstərib, nəticədə isə təqsirləndirilən şəxsin Gürcüstan Texniki Universitetinin işçisi olmayan tanışlarına maaş verildiyi iddia edilir”, - deyə açıqlamada qeyd edilib.

Məlumata əsasən, bu hərəkətləri ilə təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvləri ilə birlikdə Gürcüstan Texniki Universitetinə məxsus 1 milyon 288 min larini dələduzluq yolu ilə ələ keçirib.

“M.A-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci 3-cü hissənin “a” və “b” yarımbəndləri ilə ittiham irəli sürülüb, hansı ki, doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.

Artıq prokurorluq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib.

Hazırda cinayətdə əli olan digər şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın