24 
May
2022
13:25
9106

XİN başçısı Azərbaycanla sərhədlərin açılması barədə açıqlama verdi

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycanla quru sərhədinin açılması məsələsi üzərində fəal işləyirlər.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin Millət vəkilinə deputat sualı formatında göndərdiyi rəsmi cavabında bildirilib.

Xüsusilə, nazirlikdən verilən məlumata görə, Gürcüstan səfirliyinin səyləri nəticəsində ötən il martın 19-dan Bakı-Tbilisiyə aviareyslər, iyunun 1-dən isə Bakı-Batumi istiqamətində aviareyslər bərpa olunacaq.

“Qeyd etmək lazımdır ki, Gürcüstanla Azərbaycan Respublikası arasında quru sərhədinin açılması məsələsi dəfələrlə ikitərəfli rəsmi və ya işgüzar görüşlər zamanı müzakirə mövzusu olub.

Nəzərinizə çatdırırıq ki, sərnişinlərin sərbəst hərəkəti üçün Azərbaycanla quru sərhədi bütün həmsərhəd ölkələrlə - Gürcüstan, İran və Rusiya Federasiyası ilə bağlıdır. Bu məqamda ölkə rəhbərliyi quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etməyib.

Xarici İşlər Nazirliyi və Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan tərəfinə qarşı tətbiq edilən mümkün məhdudiyyətlərin yüngülləşdirilməsi istiqamətində fəal iş aparır, lakin mövcud vəziyyətə görə hələ də bəzi qaydalar qüvvədə qalır.

Aktiv kommunikasiya vasitəsilə Azərbaycan tərəfinin Gürcüstandan hava yolu ilə səyahət edən sərnişinlərlə bağlı qoyduğu qaydalar artıq qaldırılıb. Quru yolu ilə gedən sərnişinlərə gəlincə, onlar üçün də bu qaydaların yüngülləşdirilməsi istiqamətində işlər aparılır”, - deyə  nazirliyin məlumatında qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın