16 
Iyn
2020
22:45
767

Ermənistanda vəziyyət yenidən qarşıdı — İnsanlar küçələrə axışdı, xeyli sayda saxlanılan var

Ermənistanda siaysi böhran getdikcə dərinəşməkdədir. Bu gün Ermənistan parlamentində Baş prokurorluğun vəsatəti əsasında “Çiçəklənən Ermənistan” Partiyasının və parlamentin ən böyük fraksiyasının lideri Qaqik Tsarukyanın mandatının ləğv edilməsi ilə bağlı məsləni müzakirəyə çıxarılması ölkədə ciddi çaxnaşmaya səbəb olub.

“İnterpress" erməni mediasına istinadən xəbər verir ki, bir yandan Ermənistan parlamenti Baş Prokurorun vəsatəti əsasında Qaqik Tsarukyanın mandatının ləğv edilməsi məsələsinə baxdığı zaman, Milli Təhlükəsizlik Xidməti Tsraukyanı yenidən ifadə vermək üçşün dəvət edib.

Bu barədə Tsarukyan özü parlamentdə çıxışı zamanı deyib. “Mən indi Milli Təhlükəsizlik Ximətinə gedirəm. Yeni işlər ortaya çıxıb. Məni yenidən çağırıblar”- Tsarukyan bildirib.

Baş prokurorluq Tsarukyana qarşı 2017-ci ildə ölkəd keçirilən parlament seçkiləri zamanı “Çiçəklənən Ermənistan” Partiyasının namizədlərinin xeyrinə küll miqdarda rüşvət verməkdə ittiham olunur.

Bundan əlavə olaraq bu gün Ermənistan İstintaq Komitəsi “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyanın parlamentdəki otağında axtarış aparıb.

Ermənistan parlamentində Qaqik Tsarukyanın mandatının ləğv edilməsinə etiraz olaraq tərəfdarları parlament qarşısına toplaşıb. Polis 136 nəfəri saxlayaraq polis bölməsinə aparıb.

Bizimlə əlaqə saxlayın